İçeriğe geçmek için "Enter"a basın

Ərdoğan İrakli Kobaxidze ilə görüşüb – FOTO Son xəbərlər



Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi X hesabında paylaşım edib.

İrakli Kobaxidze və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşlər zamanı iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətlər müzakirə ediləcək. Regional və beynəlxalq əlaqələrin də gündəmdə olacağı görüşlərdə xüsusilə Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.

Sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama verəcəklər.

 




Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir