İçeriğe geçmek için "Enter"a basın

FIFA təşkilata üzv ölkələri irqçiliklə mübarizəyə çağırıb Son xəbərlər


FIFA təşkilata üzv ölkələri irqçiliklə mübarizəyə çağırıb

Stokholm, 17 may, Nərgiz Cəfərli, AZƏRTAC

Banqkokda keçirilən Asiya Futbol Konfederasiyasının Konqresi zamanı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilata üzv olan 211 ölkənin hamısını irqçiliklə mübarizə aparmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, uzun müddətdir irqçiliklə mübarizə üçün effektiv vasitələrin axtarışı üzərində işləyən FIFA oyunçuların hakimin diqqətini irqçilik və ya ayrı-seçkiliklə bağlı hadisələrə cəlb etmək üçün istifadə edəcəyi jesti – “başın üzərində çarpazlanmış əlləri” təklif edir.

“Futbolun qlobal bir cəmiyyət olaraq bir araya gəlməsi və oyundakı irqçilik problemini həll etmək üçün birmənalı bir öhdəlik götürməyin vaxtı çatıb” – deyə FIFA-nın məktubunda deyilir.

Qeyd etmək lazımdır ki, FIFA 2021-ci ildə Tokio Olimpiadasında qadın atıcılıq yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində əlləri çarpazlaşdırılmış amerikalı Reyven Sondersin jestindən istifadə etməyi təklif edir.

 


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir