İçeriğe geçmek için "Enter"a basın

Riçard Tuheiava: “Fransanın siyasi mövqeyinə görə yerlərdə vəziyyət mürəkkəbləşib” Son xəbərlər



Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransız Polineziyası Parlamenti sədrinin kabinetinin rəhbəri Riçard Tuheiava BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin regional konfransında çıxış edib.

Çıxışında T.Tuheiava Fransız Polineziyasının BMT Baş Assambleyasının qərarı ilə 2013-cü ildə BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısına yenidən daxil edilməsindən sonra “idarəedici qüvvə” olan Fransanın BMT Baş Assambleyasının həmin qərarına qarşı siyasi inkar siyasəti yürütdüyünü vurğulayıb.

O, Fransa tərəfinin Polineziya məsələsinin ölkənin daxili işi olduğunu, məsələyə dekolonizasiya prizmasından baxmadığını və onu BMT-də çoxtərəfli müstəvidə müzakirə obyekti kimi görmədiyini təəssüflə xatırladıb. Halbuki, 2014-cü ildə BMT üzv dövlətlərinə təqdim edilmiş müstəqil hesabata görə, Fransız Polineziyasındakı vəziyyət BMT-nin Nizamnaməsində öz əksini tapmış kriteriyalara cavab vermir. O əlavə edib ki, BMT hər il Fransız Polineziyası ilə bağlı qəbul etdiyi qətnamədə həmin hesabata istinad edir. Bu xüsusda, Riçard Tuheiava Dekolonizasiya üzrə Xüsusi Komitənin sözügedən hesabatın həqiqiliyini yoxlaya bilməsi üçün Komitə tərəfindən Fransız Polineziyasına xüsusi missiyanın göndərilməsinin labüdlüyünü önə çəkib. O qeyd edib ki, BMT-nin hər il qəbul etdiyi qətnamədə həmin missiyaya dair məsələnin öz əksini tapmasına rəğmən, “idarəedici qüvvə” – Fransa buna razılıq vermir. O, bu missiyanın təcililiyini xüsusi olaraq vurğulayaraq, müvafiq “yol xəritəsi”nin işə salınmasının əhəmiyyətini qeyd edib.

R.Tuheiava əlavə edib ki, bu fonda Fransız Polineziyasının Assambleyası ölkəsinin tezliklə dekolonizasiya prosesini irəlilətmək üçün Dekolonizasiya Komitəsi yaradıb. Həmin Komitə çərçivəsində üç əsas istiqamət üzrə işin aparıldığını qeyd edən cənab Tuheiava onlar arasında dekolonizasiya siyasəti, öz müqəddəratını təyin etmək üçün referendum və hakimiyyət səlahiyyətlərinin ötürülməsinin olduğunu bildirib. Bu xüsusda, o, BMT-ni daha aktiv olmağa çağıraraq, qeyd edilən məsələlərin “idarəedici qüvvə”nin maraqlarına toxunduğunu nəzərə alaraq, bəzən Fransanın siyasi mövqeyinə görə yerlərdə vəziyyətin mürəkkəbləşdiyini bildirib. Misal kimi Yeni Kaledoniyada baş verən toqquşmaları göstərib.


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir