İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə terrorçularla əməkdaşlıqda şübhəli bilinən 239 nəfər saxlanılıb Son xəbərlər



Türkiyənin 22 əyalətində keçirilən “Bozdoğan-39” adlı antiterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.

Məlumata görə, Türkiyənin Təhlükəsizlik Baş İdarəsi Terrora qarşı Mücadilə Şöbəsi və Kəşfiyyat İdarəsinin, habelə digər aidiyyəti qurumların Adana, Adıyaman, Ankara, Antalya, Bitlis, Denizli, Diyarbakır, Elazığ, Hakkari, Hatay, İstanbul, İzmir, Kütahya, Manisa, Mardin, Mersin, Osmaniye, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ və Vanda keçirdikləri antiterror əməliyyatı nəticəsində 239 şübhəli saxlanılıb.

Onlar separatçı terror təşkilatlarına daxil olanların qanunsuz olaraq Türkiyəyə keçməsinə vasitəçilik etməkdə, terror təşkilatlarının gənclər strukturunda fəaliyyət göstərməkdə və başqa bu kimi cinayətlərdə ittiham olunurlar.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir