İnşaat
Metal konstruksiya
Istehsalat
asd

Gördüyümüz işlər

Platforma örtüyü

"Bakı Metropoliteni" QSC sifarişi ilə Xocasәn qəsəbəsində Bakı Metropoliteninin III yeni (“Bәnövşәyi”) xәttinә aid "Xocasәn” elektrik deposunda platforma örtüyünün metal konstruksiyasının hazırlanıb quraşdırılması işlәri 2022-ci ildə həyata keçirilmişdir.
Ümumtikinti işlərində təchizat, təhlükəsizlik və keyfiyyət nəzarəti mövcuddur. Sertifikatlı mütəxəssislər tərəfindən layihənin həyata keçirilməsi prosesində güclü nəzarət aparılır. Bu, tikinti və quraşdırma işlərinin tam vaxtında və müvafiq keyfiyyətdə başa çatdırılmasını təmin edir.

Sifarişçi: "Bakı Metropoliteni" QSC

İcraçı: "RİCON" MMC

Layihənin yeri: Azərbaycan, Xocasən

İşlərin növü: Elektrik deposunda platforma örtüyünün metal konstruksiyasının hazırlanıb quraşdırılması işlәri

Başlama tarixi: 2022

Layihənin müddəti: 5 ay

Platforma örtüyü

Sendiviç panel. Laçın

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" PHŞ sifarişi ilə Laçın rayonu ərazisində "Sendiviç panel" layihəsi üzrə konteyner binası quraşdırılmışdır.
Laçın Ailə Sağlamlıq Mərkəzi ümumilikdə 15 otaqdan ibarətdir. Mərkəzdə həkim otağı, tibb bacısı otağı, peyvənd və körpə/uşaq izləmə otağı, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq otağı, 5 çarpayılı gündüz stasionar otağı, yuma sterilizasiya otağı, laboratoriya xidmətləri otağı, təsərrüfat otağı və mətbəx mövcuddur.

Sifarişçi: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" PHŞ

İcraçı: "RİCON" MMC

Layihənin yeri: Azərbaycan, Laçın

İşlərin növü: "Sendiviç panel"

Başlama tarixi: 2023

Layihənin müddəti: 5 ay

Sendiviç panel. Laçın

Müvəqqəti yaşayış şəhərciyi. Zəngilan

 
“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ sifarişi ilə Zəngilan rayonunda xidməti istifadə üçün müvəqqəti yaşayış şəhərciyinin salınması işləri tərəfimizdən həyata keçirilməkdədir.
Zəngilan layihəsi üzrə şaquli planlaşdırma işləri, konteynerlərin hazırlanması və quraşdırılması, sahədaxili su anbarı və nasosxana, elektrik təchizatı, rabitə sistemi, su kəməri və kanalizasiya xətlərinin çəkilməsi və quraşdırılması işləri mərhələli şəkildə həyata keçirilir.



Sifarişçi: “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ

İcraçı: "RİCON" MMC

Layihənin yeri: Azərbaycan, Zəngilan

İşlərin növü: Müvəqqəti yaşayış şəhərciyi

Başlama tarixi: 2023

Layihənin müddəti: 5 ay

Müvəqqəti yaşayış şəhərciyi. Zəngilan

Müvəqqəti yaşayış şəhərciyi. Qubadlı

 
“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ sifarişi ilə Qubadlı rayonunda xidməti istifadə üçün müvəqqəti yaşayış şəhərciyinin salınması işləri tərəfimizdən həyata keçirilməkdədir.
Qubadlı layihəsi üzrə şaquli planlaşdırma işləri, konteynerlərin hazırlanması və quraşdırılması, sahədaxili su anbarı və nasosxana, elektrik təchizatı, rabitə sistemi, su kəməri və kanalizasiya xətlərinin çəkilməsi və quraşdırılması işləri mərhələli şəkildə həyata keçirilir.



Sifarişçi: “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ

İcraçı: "RİCON" MMC

Layihənin yeri: Azərbaycan, Qubadlı

İşlərin növü: Müvəqqəti yaşayış şəhərciyi

Başlama tarixi: 2023

Layihənin müddəti: 5 ay

Müvəqqəti yaşayış şəhərciyi. Qubadlı

Su anbarı

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC sifarişi ilə Tovuz rayonunun Ağdam kəndi ərazisində yerləşən, Axıncaçay su anbarının təmir-bərpa işləri davam etdirilir.
Layihə çərçivəsində su anbarı, əsas və xidmət körpüləri, sugətirən kanalının əsaslı təmiri, su anbarının elektrik təchizatı, dəmir-beton işləri, yeraltı su çəninin, dispetçer və gözətçi evlərinin tikintisi, ümumi ərazinin işıqlandırılması və abadlaşdırması, su anbarının kompüter və məsafədən idarəetmə sistemi, lokal nəzarət və idarə etmə cihazları ilə təmin olunması və quraşdırılması, mərkəzləşmiş nəzarət və idarəetmə məntəqəsinin yaradılması üzrə işlər uğurla həyata keçirilir.

Sifarişçi: "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC

İcraçı: "RİCON" MMC

Layihənin yeri: Azərbaycan, Tovuz

İşlərin növü: Su anbarının təmir-bərpa işləri

Başlama tarixi: 2023

Layihənin müddəti: 5 ay

Su anbarı