Rəqəmsal marketing nədir ?

Rəqəmsal marketing nədir ?

Rəqəmsal Marketinq nədir?
Rəqəmsal marketinq termini uzun akademik izahatlara ehtiyac duymayan aydın və dəqiq tərifdir. Rəqəmsal kanallardan istifadə edən səmərəli marketinq metodudur. 

Rəqəmsal Marketinq hər hansı bir məhsulu sosial platformalarda insanlara təqdim edir. Sosial platformalarda satışların artırılmasında rəqəmsal marketinq böyük rol oynayır.  İnkişaf edən texnologiya nəticəsində, rəqəmsal marketinq daha da önə çıxaraq yayıldı. Rəqəmsal marketinqin ən mühüm üstünlüyü onun tamamilə istehlakçı yönümlü olmasıdır.

Satış üçün göstərilən bütün fəaliyyət növləri də rəqəmsal marketinqə aiddir.

 

SEO (Search Engine Optimatizon); 

SEM (Search Engine Marketing);
SMM (Social Media Marketing);
Remarketinq;
-Kontent marketinq;
-E-ticarət
-Email marketinq;
-İnflunser marketinq;
-Affilate marketing və s

 
Rəqəmsal marketinqin sayəsində biz müştərilərimizi daha yaxşı tanıyıb istəklərini analiz edə bilərik. Necəmi? Gəlin belə izah edək: Məsələn siz reklamınızı küçə reklamları vasitəsilə insanlara təqdim edirsiniz. Lakin reklamın nəticəsini dəqiq görə bilmirsiniz. Neçə nəfər görüb? Kimlər reklamınızı bəyənib? Hası kütlə mənfi və ya müsbət fikirlər bildirib? Məhsulumuz kimlərin diqqətini çəkib? Kimlər məhsulu əldə etmək üçün müraciət edib?

Rəqəmsal marketinqin üstünlüyü burada özünü göstərir. Reklamınızın nə dərcədə uğur qazandığını və bizə nə qədər müştəri gətirdiyini görə bilirik. Bu marketinq növü bizə müştərilərimizi daha yaxşı tanımağımıza kömək olur. Potensial müştəriləri taparaq satışları artırırıq. Bu da bizim növbəti reklamlarımızda daha çox uğur qazanmağımıza gətirib çıxarır.

Sizə nə lazımdır ?