İçeriğe geçmek için "Enter"a basın

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar Son xəbərlər


Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Bakı, 18 aprel, AZƏRTAC

Aparılan sorğuya görə valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Azər Abizadə “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada söyləyib. O bildirib ki, sorğuda valideynlər bu sualları cavablandırıblar:

– Məktəblinin dostu gəldikdən sonra daha az dava olur.

– Məktəblinin dostu gəldikdən sonra daha az yanğın hadisəsi olur.

– Məktəblinin dostu hər zaman kömək etməyə hazırdır.

– Məktəblinin dostu fərqli növ təlim və tədbirlər keçirir.

– Məktəblinin dostu övladınızın hər zaman kömək istəyəcəyi insan oldu.

Nazir müşaviri qeyd edib ki, layihədən ortalama razılıq səviyyəsi 1,5-dən aşağıdır. Bildirib ki, bu göstərici valideynlərin tam razı olması deməkdir.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir