İçeriğe geçmek için "Enter"a basın

Türkiyə XİN: Fransa Milli Assambleyasının qərarı tarixi təhrif etmək cəhdidir Son xəbərlər


Türkiyə XİN: Fransa Milli Assambleyasının qərarı tarixi təhrif etmək cəhdidir

İstanbul, 29 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası – red.) 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə XİN bəyanatında Fransa Milli Assambleyasının qəbul etdiyi qərarın əsassız olduğunu vurğulayıb.

Bəyanatda deyilir ki, ötən il Fransa hökuməti Senatının (parlamentin yuxarı palatası – red.) qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı. Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur.

Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir.


Mənbə – https://azertag.az/

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir