İçeriğe geçmek için "Enter"a basın

Niyə bəzi ölkələr Azərbaycana qarşı riyakar siyasət yürüdür?! – Aygün Attar Son xəbərlər


SİZİN REKLAM BURADA!
055 213 76 73

İşğal dövründə bizim həyatımız, mədəniyyətimiz, keçmişimiz dağıdıldı, yox edildi.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Bu məsələlərlə bağlı yalnızca toplanıb müzakirələr aparırıq. Bəs başqa nə edə bilərik?! Dünyadakı bütün insanlar bu kimi vandallıqlara etirazını bildirməlidir. Azərbaycanın torpaqlarında işğal dövründə baş verən vandallığa səssiz qalanlar başqa bir ölkədə mədəni irsə zərər gəlməsinə qarşı çıxır. Azərbaycan isə yalnız öz mədəni irsi üçün yox, dünyanın mədəni irsinin qorunması üçün çalışır.

Niyə bəzi ölkələr Azərbaycana qarşı riyakar siyasət yürüdür, ikili standartla çıxış edir? Azərbaycanın ekologiyasına vurulan zərər ortaq yaşadığımız dünyaya vurulan zərərdir. Niyə bunun hesabı soruşulmur?”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

BAKU.WS




Mənbə – baku.ws

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir