İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan millisinin baş məşqçisi: Türkiyə yığması ilə hər iki oyun çox önəmlidir Son xəbərlər


Bu komandaya qarşı hər iki oyun bizim üçün çox önəmlidir.

Mütəxəssis qardaş ölkə kollektivində bir çox oyunçuları tanıdığını bildirib: “Daha əvvəl bir il yarım “Fomget” klubunda işləmişəm. Yığmanın əksər futbolçuları bu klubda idi. Digərlərini də tanıyıram. Bu komanda ilə oynamaq daha rahatdır. Onlar da bizim kimi C səbətindən B-yə yüksəliblər. Düşünürəm ki, millilərimiz eyni gücdədir. Bu iki qarşılaşma bizim qrupda yerimizi müəyyənləşdirəcək. Bacardığımız qədər yuxarı pillələrdə olmaq istəyirik. Məqsədimiz komandamızı pley-offa daşımaqdır. Bunu bacara bilərik. Çətin olacaq. Amma əlimizdən gələni edəcəyik ki, hər iki matçda xallar qazanaq. Daha sonra ona uyğun şəkildə növbəti iki oyuna hazırlaşacağıq”.

Siyasət Əsgərov mayın 19-da futbolçuları bir araya yığmaq istədiklərini söyləyib: “Bəzi qızlar çempionatları davam etdiyi üçün tez gələ bilməyəcəklər. Onlar ancaq 27-də komandaya qoşulacaqlar”.

Baş məşqçi B Liqasının I qrupunun görüşündə İsveçrəyə uduzduqları (0:4) və Macarıstanla heç-heçə (1:1) etdikləri görüşləri də xatırladıb: “Qrupda iki çətin rəqiblə artıq üz-üzə gəlmişik. Macarıstan və İsveçrə qadın futbolunda öz sözlərini demiş ölkələrdir. İsveçrə seçməsi əsasən A səbətində yer alırdı və B-yə düşüb. Macarıstan isə neçə illərdir ki, B səbətində öz yerini tutub. Bu il A səbətinə yüksəlmək üçün pley-off oynamışdılar. Hər ikisinin gücü, keyfiyyəti və heyətindəki futbolçuların oynadığı klubları da bəllidir. Macarıstan səfərindən bir xalla qayıtmaq xoş hadisə idi. Buna sevinirik. Evdə İsveçrəyə uduzduq, hesabın böyük olmasını düşünməməliyik. Onların gücü bəllidir. Orada bəzi nüanslar var idi. İlk matçda çox güc sərf etmişdik. Yol yorğunluğunu da nəzərə almalıyıq. Yığma digər oyunadək tam bərpa olunmamışdı”.

Qeyd edək ki, mayın 31-də Türkiyənin qonağı olacaq Azərbaycan millisi iyunun 4-də bu komandanı qəbul edəcək.




Mənbə – Report.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir