İçeriğe geçmek için "Enter"a basın

Maradonanın “Qızıl top”u hərraca çıxarılıb Son xəbərlər



Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.

Bu barədə “Aguttes” hərrac evi məlumat yayıb.

Qeyd olunur ki, hərrac iyunun 6-da Fransada keçiriləcək. Hərracdan bir neçə gün əvvəl ictimai sərgi keçiriləcək və bu sərgi zamanı potensial alıcılar topa şəxsən baxa biləcəklər.

Xatırladaq ki, əvvəllər Maradonanın 1986-cı ildə futbol üzrə dünya çempionatının 1/4 finalında İngiltərə ilə matçda əli ilə qapıya göndərdiyi top iki dəfə hərracda satıla bilməyib. 2022-ci ilin may ayında “Sotheby’s” auksionunda Maradonanın həmin matçda geyindiyi köynəyi 9,3 milyon dollara (təxminən 15,8 milyon manat) satılıb.

Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. FIFA rəsmi saytındakı səsvermənin nəticələrinə əsasən Maradonanı 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanıyıb. “Qızıl top” mükafatı 1982-ci il Dünya Kubokunda təsis edilib.

Mənbə: RİA Novosti


Mənbə – Oxu.az

Oxuduğunuz üçün təşəkkür edirik!

İlk yorum yapan siz olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir